Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Qırğızıstan Parlamentlərarası Dostluq Qrupunun sədri Sabri Öztürk 1 dekabr 2022-ci il tarixində İstanbuldakı OTS Katibliyində Türk Dövlətləri Təşkilatının Baş katibi səfir Kubanıçbek Omurəliyevə səfər etmişdir.
Turaz.org xəbər verir ki, iclasda millət vəkili Sabri Öztürk 11 noyabr 2022-ci il tarixində Səmərqənddə keçirilən TDT Sammitində dövlət başçıları tərəfindən təşkilatın baş katibi vəzifəsinə təyin olunması münasibətilə Ömürəliyevi təbrik edib və ona səlahiyyət müddətində uğurlar arzulayıb.
Öztürk baş katibin Türkiyə-Qırğızıstan münasibətlərinə verdiyi töhfələrə, xüsusilə iki qardaş ölkənin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsinə, o cümlədən Qırğızıstan Respublikasının Ankaradakı səfiri vəzifəsində çalışarkən Türkiyə-Qırğızıstan Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətinə verdiyi dəstəyə görə yüksək qiymətləndirib.
Baş katib Öztürkə təşəkkür edib və səfərə görə minnətdarlığını bildirib.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Günay Xankişiyeva
Həmçinin bax: https://turaz.org/almatanin-simal-qerbinde-4-3-bal-gucunde-zelzele-bas-verib/
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ