“Ermənilər atəşkəsi pozaraq Azərbaycanın sərhədlərinə aparan yolları minalayır və bununla təcavüzünü davam etdirir”.
Turaz.org xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakının işğaldan azad olunmasının 104-cü ildönümünə həsr olunan tədbirdə çıxışında deyib.
“Ermənilər Azərbaycan hərbçilərinin hərəkət etdiyi yollara minalar basdırıb. Təkcə 2021-ci ildə 1300 mina çıxarılıb. Həmin minalar 10 noyabr bəyanatından sonra – 2021-ci ildə döşənmiş minalar olub. Ermənilərin Qarabağ üzərində iddiaları bitmir, lakin cənab Prezident İlham Əliyevin dediyi kimi, dəmir yumruq yerindədir. Təəssüf ki, ərazilərin müdafiəsində şəhidlərimiz də olub. Allah onlara rəhmət etsin!”, – səfir əlavə edib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Müharibəni Sərkisyan anons etmişdi – Paşinyan
Qarabağ Azərbaycan ərazisidir – Paşinyan
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir