Mart 29, 2023

Türkiyə Silahlı Qüvvələri 172 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri bu ilin yanvarın 1-dən 172 terrorçunu zərərsizləşdirib.

Turaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Onlardan 25-i İraqın şimalında, 147-si isə Suriyanın şimalında məhv edilib.

Bu müddət ərzində Türkiyə Hərbi Hava Qüvvələri qırıcı və hücum PUA-larından istifadə etməklə 25 əməliyyat keçirib və çoxlu sayda terrorçu hədəfi vurulub.

2021-ci ildə isə 397 əməliyyat təşkil edilib, nəticədə 2883 terrorçu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələri çətin coğrafi və iqlim şəraitində terrora qarşı qətiyyətli mübarizəsini davam etdirir.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/israil-prezidenti-ilk-defe-bee-ye-sefer-edib
Həmçinin bax: kafkazh.com/vikinqler

Translate »