Oktyabr 23, 2021

Türkiyə Superliqası: “Fənərbağça” komandası “Hatayspor”la heç-heçə edib


Sentyabrın 21-də futbol üzrə Türkiyə çempionatının ikinci turunun sonuncu qarşılaşmasında “Fənarbağça” doğma meydanda “Hatayspor”u qəbul edib.
Turaz.org xəbər verir ki, gərgin keçən görüşdə qapılar toxunulmaz qalıb. “Hatayspor”un heyətində Ruben Ribeyro və İsak Sackey qırmızı vərəqə alaraq komandalarını meydanda azlıqda qoyublar.
Beləliklə, “Fənərbağça” “Hatayspor”un 9 nəfəri ilə bacarmayıb.
İkinci turun yekun nəticələrinə görə Türkiyə Superliqasında hazırda turnir cədvəlinə 6 xalla “Qalatasaray” klubu liderlik edir. Onunla eyni xala malik olan “Alanyaspor” komandası isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışacaq. İkinci turda “Ankaragücü” istirahət edib.

Müxbir: turaz.org xüsusi müxbiri Nazpəri Həsənova

Həmçinin bax:https://turaz.org/qarabag-klubu-italiyali-hucumcu-ile-danisiqlar-aparir/

Həmçinin bax:https://turaz.org/qarabagin-potensial-reqibi-legiya-bas-mesqcisini-istefaya-gonderib/

Translate »