Türkiyə Superliqasının yeni mövsümünün püşkü atılıb.Futbol üzrə Türkiyə çempionatının 2020-2021-ci il mövsümünün püşkü atılıb. Superliqanın saytına istinadla xəbər verilir ki,
birinci turun oyunları sentyabrın 11-14-də keçiriləcək. Yeni mövsümdə Superliqada 21 komanda yarışacaq.
Birinci turda “Konyaspor” istirahət edəcək. Açılış turunun mərkəzi oyunu “Trabzonspor”la “Beşiktaş” arasında olacaq.
Çempionatın birinci turunda “Ankaragücü” – “Ərzurumspor”, “Sivasspor” – “Alanyaspor”, “Kayserispor” – “Kasımpaşa”,
“Rizəspor” – “Fənərbağça”, “Hatayspor” – “Başakşəhər”, “Qalatasaray” – “Qaziantep”,
“Fatih Karagümrük” – “Yeni Malatyaspor”, “Göztəpə” – “Dənizlispor”, “Trabzonspor” –“Beşiktaş” və “Antalyaspor” – “Gənclərbirliyi” görüşləri oynanılacaq.
Qeyd edək ki, ötən mövsüm Türkiyə çempionatının qalibi “Başakşəhər” olub.
Mənbə: azertag.az
Müxbir:Turaz.org xüsusi müxbiri Hüseynova Jalə
Həmçinin bax:https://turaz.org/affa-nin-emekdasi-beynelxalq-oyuna-teyinat-alib/
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ