Türkiyə Xarici İşlər Nazirliyi Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə ilə bağlı mətbuata açıqlama yayıb.
Turaz.org xəbər verir ki, “biz Qırğızıstan-Tacikistan sərhədində baş verən son yeniliklər barədə narahatıq. Ümid edirik ki, bu iki dost və qardaş ölkə arasındakı tzəyiqlər tezliklə daha çox eskalasiya olmadan sona çatar və bu mübahisələr dialoq vasitəsilə sülh yolu ilə həll olunar.” deyə mətbuat açıqlamasında yazıb. Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmalar sentyabr ayının 14-də başlayıb.
Qırğızıstan Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata istinadən, Tacikistan Batken vilayətində dövlət sərhədinin perimetri boyunca Qırğızıstanın sərhəd mühafizəsi və mülki infrastruktur obyektlərinə hücum edib.
Sentyabr 16-sı axşamı Qırğızıstan və Tacikistan atəşkəs əldə edib. Bununla belə Tacikistan daha öncə əldə edilmiş razılaşmaları pozaraq, Qırğızıstan kəndlərini şənbə günü səhər saatlarından etibarən atəşə tutub.
Səhiyyə nazirliyindən əldə edilmiş son məlumata görə Qırğızıstanda 103 nəfər yaralanmış və 24 nəfər dünyasını dəyişmişdir. Aralarında uşaqlar da var.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib