Mart 29, 2023

Türkiyə və İsrail münasibətləri inkişaf etdirilir

Türkiyə və İsrail arasında münasibətlərin tam normallaşması prosesinə başlanılıb.

Turaz.org xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

XİN qeyd edib ki, hər iki ölkə yeni səfirlər təyin edəcək.

“Qarşılıqlı səfərlər nəticəsində proses davam edəcək. Qarşılıqlı olaraq səfirlər təyin ediləcək. İlk dəfə olaraq bu barədə İsrail tərəfindən bizə təklif olundu. Biz də bunu müsbət qiymətləndirdik. Təl-Əvivə səfir təyin etmək qərarına gəlmişik. Adları təqdim etdikdən sonra proses rəsmi olaraq başlayacaq. İsrail ilə münasibətlərin bərpası regional sabitlik üçün vacibdir”, – deyə Çavuşoğlu vurğulayıb.

 

Translate »