Dekabr 7, 2021

Türkiyə və Özbəkistan E-İcazə sistemini işə salır

Nəqliyyat Nazirliyinin məlumatına görə, Özbəkistan və Türkiyə yüklərin daşınması üçün elektron icazə blanklarının mübadiləsini həyata keçirəcək.

Turaz.org xəbər verir ki, Nəqliyyat Nazirliyi E-İcazədən istifadə edərək ilk sınaq avtomobil yürüşünü təşkil edib.

Noyabrın 6-da avtomobil karvanı Özbəkistanı tərk edib, noyabrın 10-da Sarp keçid məntəqəsi vasitəsilə Türkiyəyə gəlib.

Elektron sistemin tətbiqi nəqliyyat əməliyyatlarını sürətləndirəcək və iki ölkə arasında ticarət dövriyyəsini artıracaq.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova

Translate »