Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, dövlət başçıları turizm, enerji, nəqliyyat və iqtisadiyyat başda olmaqla ikitərəfli münasibətlərə dair müzakirələr aparıblar. Telefon danışığı zamanı yeni növ koronavirus (COVID-19) pandemiyası ilə birgə mübarizə yolları barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Liviya böhranının, eləcə də Aralıq dənizindəki gərginliyin aradan qaldırılmasında əməkdaşlığın və dialoqun önəmi vurğulanıb. Liderlər Suriya böhranı ilə əlaqədar hərbi və diplomatik kanallar vasitəsilə münasibətlərin davam etdirilməsindən razılıqlarını ifadə ediblər.
Menbe:Azertac.az
Müxbir:turaz.org xüsusi müxbiri Arzu Əliyeva
Həmçinin bax:https://kafkazh.com/nicat-ezimli-hekimlere-fexri-ad-verilmelidir/ https://kafkazh.com/bioakustika/
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib