Mart 25, 2023

Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İraqın paytaxtında qeyri-sabit vəziyyətlə əlaqədar Bağdada səfərdən çəkinməyi tövsiyə edib.

 

Turaz.org xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

“Bağdadda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq, vətəndaşlarımıza zərurət olmadıqca sözügedən şəhərə səyahət etməkdən çəkinmələri tövsiyə olunur”, – məlumatda bildirilir.

Nazirlik həmçinin ölkənin İraqdakı vətəndaşlarını kütləvi etirazların keçirildiyi yerlərə getməməyə çağırıb.

Xarici İşlər Nazirliyi vətəndaşlara ayıq-sayıq olmağı və xəbərləri yaxından izləməyi tövsiyə edib.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/qazaxistan-prezidentinin-teleradio-kompleksi-azerbaycanla-emekdasliq-barede-senedli-film-hazirlayib/

Translate »