Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstandakı etiraz aksiyalarına münasibət bildirib.
Turaz.org xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, Türkiyə XİN Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyir.
“Dost Qazaxıstanın sabitliyinə önəm veririk. Arzumuz qardaş qazax xalqının sülh və əmin-amanlığıdır. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənir və olayların ən qısa müddətdə sakitləşəcəyinə ümid edirik. Hadisələrdə hüquq-mühafizə orqanları əməkdaşları daxil olmaqla yaralanan qazax qardaşlarımıza şəfa diləyirik”, – məlumatda qeyd olunub.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/atet-qazaxistanda-terefleri-dialoqa-cagirir
Həmçinin bax: https://kafkazh.com/afroturkler/
Son Xəbərlər
Rusiya xaricə pul köçürmələrinə yeni hədd müəyyən edib
İlham Əliyev BƏƏ-nin yeni Prezidentini təbrik edib
Azərbaycan XİN Norveçi Milli Gün münasibətilə təbrik edib