Oktyabr 28, 2021

Türkiyə XTQ komandanı: “Azərbaycanla birgə təlimlər bundan sonra da davam edəcək”

 

“Üç qardaş-2021” təlimi uğurla tamamlandı”.

Turaz.org-un xəbərinə görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) komandanı general-leytenant Ömer Ertuğrul Erbakan Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasimdə deyib.

“Aramızda var olan qardaşlıq bağları çox güclü olub və bundan sonra daha da güclənəcək. Üç ölkənin xüsusi təyinatlıları arasındakı qarşılıqlı işbirliyi, təhsil və təlim fəaliyyətləri bundan sonra da davam edəcək”, – o vurğulayıb.

Müxbir: Əzizə Əlizadə

Translate »