May 29, 2023

Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib.

Türkiyənin xüsusi təyinatlı qüvvələri PKK-nın Suriya qolu YPG-nin dörd terrorçusunu zərərsizləşdiriblər.

Turaz.org “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, terrorçular Suriyanın şimal-qərbində “Zeytun budağı” əməliyyatının keçirilməsi zonasına atəş açıblar. Onlar cavab zərbəsi ilə məhv edilib.

“Türkiyə Silahlı Qüvvələri regionda sülhün və əmin-amanlığın təminatçısıdır. Regionda əməliyyatlar davam etdiriləcək”, – müdafiə idarəsinin xəbərində deyilir.

Qeyd edək ki, PKK terrorçuları Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün qanlı terror aktları təşkil ediblər.

Müxbir: Əhmədli Lamiyə

həmçinin baxhttps://turaz.org/kiv-argentinada-hitlerin-mexfi-bunkeri-askarlandi/

Həmçinin baxhttps://kafkazh.com/susa-qarabagin-zumrud-tacidir/

Translate »