Dekabr 5, 2022
Türkiyə

Türkiyə YUNESKO-ya üzv dövlətləri “Sıfır Tullantı” layihəsini dəstəkləməyə çağırır

 

Türkiyə çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) üzv dövlətləri ölkənin “Sıfır Tullantı” layihəsini bütün dünyada genişləndirmək üçün xoşməramlı sənədi dəstəkləməyə çağırıb.

Turaz.org bildirir ki, YUNESKO-nun İcraiyyə Şurasının 215-ci sessiyasında çıxış edən Türkiyənin YUNESKO yanında daimi nümayəndəsi Gülnur Aybet dünyanın üzləşdiyi iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, təmiz suya çıxış kimi problemlərə diqqət çəkib. Türkiyənin 2035-ci ilə qədər qlobal tullantıların təkrar emal nisbətini 60%-ə çatdırmaq hədəfinə toxunaraq, ölkənin qlobal bir təşəbbüs halına gələn Sıfır Tullantı layihəsini xatırladıb. Ötən ay Türkiyənin birinci xanımı Əminə Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş Türkiyənin “Sıfır Tullantı” layihəsinin qlobal miqyasda genişləndirilməsi üçün xoşməramlı sənəd imzalayıblar. Onlar BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında 2017-ci ildə birinci xanımın Türkiyədə başlatdığı “Sıfır Tullantı” layihəsi də daxil olmaqla ekoloji problemlərin həllinə dair görüş keçiriblər. Qısa müddətdə daha 20 yüksək vəzifəli şəxsin bəyannaməyə imza atdığını deyən Aybet bütün YUNESKO-ya üzv dövlətləri təşəbbüsü dəstəkləməyə çağırıb.

Translate »