Oktyabr 4, 2022

Türkiyədə 1800 meşə yanğını baş verib.

Türkiyədə 1800 meşə yanğını baş verib.

Cari ilin əvvəlindən Türkiyə ərazisində ümumilikdə 1800 meşə yanğını qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, yanğın hadisələri nəticəsində ümumilikdə 4298 hektar meşəyə zərər dəyib. Türkiyə Meşəçilik Baş İdarəsinin (MBİ) müdiri Bekir Karacabey bildirib ki, yanğın nöqtələrinə ilkin müdaxilə vaxtı 12 dəqiqəyə endirilib. Builki meşə yanğınlarının söndürülməsinə 33 min 480 nəfər qatılıb. Ümumilikdə 93 min ton su istifadə olunub.
MBİ-nin rəsmi saytında yayılan məlumata görə, ən son meşə yanğını avqustun 21-də yerli vaxtla saat 11.10-da İzmirin Menderes rayonunda baş verib və hazırda davam edir.

Mənbə:azertag.az

Müxbir: Həziyeva Ülviyyə

Həmçinin bax : https://azertag.az/bolme/science_and_education

Translate »