Oktyabr 20, 2021

Türkiyədə avtobus dərəyə yuvarlanıb, 33 nəfər yaralanıb

Türkiyənin Mersin şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Turaz.org “TRT Haber”-ə istinadən xəbər verir ki, şəhərin Silifke bölgəsində sərnişin avtobusu dərəyə yuvarlanıb.

 

Bildirilib ki, Antalyadan Qaziantep şəhərinə gedən avtobusun qəzaya uğraması nəticəsində 33 nəfər yaralanıb.

Əraziyə təcili yardım və jandarm cəlb edilib.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax : https://turaz.org/azerbaycan-nefti-oten-hefte-erzinde-4-dek-ucuzlasib/

Translate »