Oktyabr 4, 2022

Türkiyədə Çingiz Aytmatovun əsərinə həsr edilmiş tədbir keçirilib

Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyindən verilən məlumata görə, srağagün Ankara ənənəvi olaraq Anadolu Litseyinin təşkilatçılığı ilə qırğız yazıçı Çingiz Aytmatovun əsərlərinə həsr edilmiş tədbirə ev sahibliyi edib.

Turaz.org xəbər verir ki, Türkiyə, Almaniya və Yunanıstandan tələbələr, eləcə də türk nazirlər və idarələrin nümayandələri, akademik heyət və ictimai xadimlərin iştirakı ilə keçirilın panel müzakirəsi zamanl Aytmatovun əsərlərində əks etdirilən ailə məsələləri, qadınların rolu, atasız böyüyən uşaqlar, müharibə və onun çətinlikləri, qəhrəmanlar arasında sevgi və münasibətlərdən danışılıb.

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Vahit Kirişçi, Qırğızıstan Respublikasının səfiri Kubanıçbek Omurəliyev, Türkiyə Böyük Millət Məclisinin deputatı Orhan Erdem, Anadolu Litseyi İdarə Heyətinin sədri professor Sami Güçlü və yazıçı ictimaiyyətinin nümayəndələri tədbir iştirakçıları qarşısında çıxış ediblər.

Çıxış zamanı Omurəliyev tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirərək, qeyd edib ki, gənc oxucular Çingiz Aytmatovun əsərlərindən qırğız xalqının tarix və mədəniyyətini öyrənə bilərlər və həmçinin bu böyük yazıçının əsərləri nəin ki təkcə Türk dünyası, eləcə də bütün dünya üçün mənəvi dəyərə sahibdir.

Anadolu Litseyi Türkiyənin keçmiş Kənd Təsərrüfatı naziri, professor Sami Güçlü tərəfindən 2012-ci ildə Sakarya üniversitetində təməli qoyulub. Litseyin əsas istiqamətləri türk sivilizasiyası və mədəniyyətinin inkişafına töhfə verən yazıçıların əsərlərinin oxunması və panel müzakirəsinin təşkilidir.

Müxbir: Aytac Cəfərova
Tərcümə: Nigar Yusubova
Həmçinin bax: turaz.org/eziz-voitov-kend-teserrufati-naziri-vezifesine-teyin-edilib
Həmçinin bax: kafkazh.com/millet-lll-hisse

Translate »