Türkiyənin İzmir şəhərində yenə meşə yanğını başlayıb.
Turaz.org “Haber Global”a istinadən xəbər verir ki, yanğın İzmirin Çeşmə rayonu ərazisində baş verib.
Meşələrin yandığını görən vətəndaşlar dövlət qurumlarına bu barədə xəbər veriblər. Əraziyə 3 helikopter, 3 yanğınsöndürən maşın və çoxlu sayda personal cəlb olunub.
Küləkli hava şəraitinin yanğınsöndürmə tədbirlərinə mənfi təsir etdiyi deyilir.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
İran Azərbaycana nota verib
Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”
“PKK-nın Kılıçdaroğlunu dəstəkləməsi hökümətə sərf edir”- Ələsgər Məmmədli