Noyabr 27, 2021

Türkiyədə kurs bitirən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi keçirilib

Türkiyədə kursda iştirak edən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi keçirilib.

Turaz.org-un xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Amfibiya Missiyası Qrupu Komandanlığında keçirilən kurslar sentyabrın 20-dən oktyabrın 15-dək davam edib. Kursu bitirənlərə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən sertifikat verilib.

Müxbir: Əzizə Əlizadə

Translate »