Oktyabr 28, 2021

Türkiyədə meşə yanğını olub

Türkiyənin İstanbul şəhərində meşəlik ərazidə yanğın olub.

Turaz.org xəbər verir ki, hadisə Pendikdə qeydə alınıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Yanğına qurudan müdaxilə edilib, habelə alovun söndürülməsi üçün əraziyə helikopter cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın lokallaşdırılıb və alovun genişlənməsinin qarşısı alınıb.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:https://turaz.org/bayden-ve-makron-efqanistan-meselesini-muzakire-edibler/

Translate »