Oktyabr 4, 2022

Türkiyədə silahlı hücum olub, yaralılar var

Türkiyədə silahlı hücum olub.

Bu barədə Turaz.org “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hadisə İstanbulda qeydə alınıb. Esenyur rayonunda 3 nəfər odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb.

Hadisə yerinə təcili yardım xidməti və polis əməkdaşları cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumu həyata keçirən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlayıb.

Müxbir: Əzizə Əlizadə

Translate »