Oktyabr 3, 2022

Türkiyədə və İraqın şimalında doqquz terrorçu zərərsizləşdirilib

Türkiyədə və İraqın şimalında doqquz terrorçu zərərsizləşdirilib

Türkiyə təhlükəsizlik qüvvələrinin Ağrı vilayətinin Doğubayazıt rayonunda davam etdirdiyi antiterror əməliyyatında daha dörd terrorçu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb. Terrorçuların “İldirım-3” antiterror əməliyyatı çərçivəsində məhv edildiyi qeyd olunub.
Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, daha beş terrorçu İraqın şimalında həyata keçirilən “Pəncə-Qaplan” antiterror əməliyyatı çərçivəsində öldürülüb.
Digər bir məlumata görə, Daxili İşlər Nazirliyinin terrorçuluqla mübarizə idarəsi Samsunda İŞİD terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib. Şübhəli şəxs qısmində saxlanılan altı nəfər istintaqa cəlb olunub.

Menbe. AZƏRTAC

Xeberci.Aytac Ceferova

Hemcinin bax https://kafkazh.com/huseyn-cavid-heyat-ve-yaradiciligi/

https://turaz.org/cozef-bayden-abs-prezidenti-postuna-namized-olmaga-raziliq-verib/

Translate »