Dekabr 4, 2021

Türkiyədə zəlzələ olub

Türkiyənin Konya əyalətində zəlzələ baş verib.

Turaz.org-un məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Tuzlukçu rayonunda yerli vaxtla saat 00:38-də 4 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 6,9 km dərinlikdə yerləşib.

Təbii hadisənin fəsadları barədə məlumat yoxdur.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/turkiyede-agir-yol-qezasi-olub
Həmçinin bax: kafkazh.com/atillanin-l-ve-ll-balkan-seferleri

Translate »