İyun 5, 2023

Türkiyədən BƏƏ-İsrail razılaşmasına reaksiya: “ Bi riyakar hərəkəti tarix əfv etməyəcək”

ABŞ vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirliyi və İsrail arasındakı razılaşmaya Türkiyədən cavab gəldi. Xarici İşlər Nazirliyinin verdiyi yazılı açıqlamada, “Ərəb Sülh Planının BƏƏ tərəfindən birtərəfli qaydada aradan qaldırılmasına çalışılması bizi son dərəcə narahat edir” deyildi və Fələstinin reaksiyasının haqlı olduğu vurğulandı. Sitat mesajı: Onsuz da, ölü doğulmuş və etibarlılığı olmayan ABŞ planı üzərində gizli hesablamalar aparmağa çalışan BƏƏ, bu şəkildə Fələstinin iradəsinə də məhəl qoymur. BƏƏ rəhbərliyinin Fələstin adından İsrail ilə danışıqlar aparmaq və Fələstin üçün vacib olan məsələlərdə Fələstin xalqının və rəhbərliyinin razılığına güzəşt etməyə ixtiyarı yoxdur. ”Öz dar maraqları naminə Fələstin məsələsinə xəyanət edərkən, bunu Fələstin üçün etdiyini müdafiə edən BƏƏ-in bu riyakar hərəkətini nə tarix, nə region xalqlarının vicdanı unutmayacaq və bağışlamayacaq.” deyə Türkiyə Xarici İşlər Nazirliyi bildirdi.

Türkiyə Xarici İşlər Nazirliyi

Fələstin hakimiyyətinin rəhbəri Mahmud Abbas razılaşmanı sərt şəkildə rədd etdiklərini və qınadığını açıqladı və Ərəb Birliyini təcili iclasa çağırdı. Abbas bəyanatında razılaşmanı “Fələstin xalqına hücum” olaraq xarakterizə etdi və bunun Fələstinə xəyanət olduğunu söylədi. Qəzza zolağına nəzarət edən Həmas da müqavilənin “İsrailin işğalçılığına və etdiyi cinayətlərə görə bir mükafat” olduğunu bildirərək “Fələstin xalqına fayda vermir” dedi.

Mənbə : bbc.com/turk

Müxbir : TurAz.org xüsusi müxbiri Cəfərova Aytac

Tərçüməçi :Arzu Ələkbərsoy

Həmçinin bax : https://turaz.org/nazir-hulusi-akar-turkiye-ile-azerbaycanin-silahli-quvveleri-arasinda-emekdasliq-bu-gun-deyil-her-zaman-movcud-olub/

https://kafkazh.com/qan-damar-sistemi-qan/

Translate »