Oktyabr 4, 2022

Türkiyəli general sərhəddəki vəziyyətdən danışdı

Azərbaycan və Ermənistan arasında son vaxtlar davamlı olaraq baş verən atəşkəsin pozulması halları 13 sentyabrdan etibarən bəzi sərhədboyu ərazilərdə aktiv döyüşlərə çevrilib. Azərbaycan Müdafiə Nazirliyinin 14 sentyabrda yaydığı məlumatda bildirib ki, Ermənistan Silahlı Qüvvələri “atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq” sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Azərbaycanın Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrini “müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub”. 

Mövzu ilə bağlı Türkiyənin ehtiyatda olan generalı Erdoğan Karakuş Turaz.org-a açıqlama verib.

General Azərbaycan Ermənistan arasında olan son münasibətləri qiymətləndirib.

Onun sözlərinə görə, təbii ki, bu hadisələri sadəcə Azərbaycan Ermənistan arasında olaraq görməli deyilik. Xüsusilə bu həftə Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində danışan Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Zəngəzur dəhlizi açıldıqdan sonra bu, “region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır”. Bu münasibətləri qiymətləndirməm odur ki, ABŞ və Avropa Birliyi dövlətləri Ermənistanı təşviq edib. Avropa Birliyinin bundan çox məmnun olduğunu düşünmürəm. Çünki Avropa birliyi Azərbaycan qazının daha çox Avropaya keçməsini istəyir. Bundan narazı olan isə ABŞ-dır. Çünki Avropanın başqa yerlərdən qaz almasını istəmir. Müharibəni daha çox ABŞ-da olan erməni lobbisi təşviq edir. Mən həmişə deyirəm sən gücünün nə olduğunu bilməlisən. Paşinyan isə gücünün nə olduğunu bilmədən müharibəyə başlayıb, cəzasını da gördü. İndi Paşinyan hər şeyi qəbul edəcək kimi görünür, amma məlumdur ki, müxalifət daha qüvvətlidir. Bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nansi Pelosi Ermənistana gedib. Yəqin ki, Ermənistanı dəstəkləmək mövzusunda nələr ediləcəyi dəyərləndiriləcəkdir. Burda önəmli olan ABŞ xüsusilə Rusiyanın Ukraynadakı sıxıntıları səbəbi ilə hər bir bölgədən əsgər çəkməsi Rusiyanın güclənməsini azaldır. Bunun nəticəsində ABŞ bu fürsətdən istifadə etmək istəyir. Nansi Pelosinin bu bazar Ermənistana gəlməsi də sanki bununla bağlılığı var. Çünki ABŞ bu hərəkatı başladıb. Bəlkə də Azərbaycanda bir münaqişə yarada bilərik deyə düşünüblər. Amma Azərbaycan ordusu onları pərişan edərək təkrar güclü olaraq bu hadisədən çıxdı. Yəni hadisəni bir şəkildə öz lehinə çevirə bildi. Mən burda daha bir başqası olaraq İranı görürəm. Xüsusilə, bildiyimiz kimi, Zəngəzur dəhlizini açmaq istəmirlər. Bunu özləri də açıqlayaraq bildiriblər ki, biz sərhədlərin dəyişməsini istəmirik. Sanki burda İranın etmək istədiyi bir sərhəd dəyişikliyi varmış kimi ortam yaratmaq. Halbuki, bir sərhəd dəyişikliyi falan yoxdur. Ordan Zəngəzur yolu keçəcək. Hətta təbii qaz boruları keçə bilər. Buradan Ermənistan belə yararlana bilər. Bildiyimiz kimi, Ermənistanın Rusiyaya getmək üçün torpaq yolu yoxdur. Gürcüstan da icazə vermir. Dolayısıyla gəlib Azərbaycan üzərindən Rusiyaya getmələri çox daha rahat olacaq. Həm dəmir yolu, həm də torpaq yolu var. Əslində, Ermənistana buraxsalar hamısına razı olacaq. Ona icazə verməyənin ABŞ olduğu görsənir və bir də İran var. ABŞ-la İranın arasındakı münasibətlər yaxşı olmadığı üçün hər hansı bir təşəbbüs olarsa, sülh müqaviləsi rahatlıqla imzalana bilər”.

 

Araşdırmaçı: “Turaz.org” təhlil komandası: Firuzə Məlikzadə

Translate »