15.09.2022-ci ildə Bakının Qafqaz İslam ordusu tərəfindən işğaldan azad edilməsinin 104-cü ildönümünə həsr olunmuş onlayn seminar keçirilib.
Turaz.org xəbər verir ki, seminarın qonağı Türk Milli Qüvvələr Vəqfinin Sədri Fateh Şimqa olub.
Seminar sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycan Ermənistan şərti dövlət sərhədində Ermənistan hərbiçiləri tərəfindən törədilən təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan 71 hərbi qulluqçusunun və Bakının işğaldan azad edilməsi uğrunda canından keçən qəhrəmanların xatirələrinin yad edilməsilə başlayıb.
Seminarın qonağı Fatih Şimga Türkiyənin artan hərbi gücündən, Türk hərbi sənayesindən, qarşıda duran vəzifələrdən söz açıb və iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, görüş “Kafkazh Media Group” Media və Yayım şirkətinin təşkilatçılığı ilə keçirilib.
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür