Oktyabr 3, 2022

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib

 

 

Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler Azərbaycana səfərdədir.

Turaz.org xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, işgüzar səfər çərçivəsində ordu generalı Y.Gülerin Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Müxbir: Əzizə Əlizadə

Translate »