Dekabr 9, 2021

Türkiyənin cənub-şərqində terrorçular zərərsizləşdirilib

 

Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində iki terrorçu zərərsizləşdirilib.

Turaz.org xəbər verir ki, terrorçular “Eren Kış-1” antiterror əməliyyatı çərçivəsində Bestler-Dərələr bölgəsində məhv edilib.

Bölgədə əməliyyatlar davam edir.

Qeyd edək ki, “Eren Kış” antiterror əməliyyatının birinci mərhələsi dünən başlayıb. PKK terrorçularına qarşı əməliyyat polis və jandarma xüsusi təyinatlılarının 1 550 əməkdaşının iştirakı ilə aparılır.

Əməliyyatın məqsədi Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:https://turaz.org/hulusi-akar-azerbaycanla-qardasligimiz-ebedi-davam-etdirilecek/

Translate »