Dekabr 9, 2021

Türkiyənin Cümhuriyyət Günü Qarabağda Azərbaycan hərbçilərinin iştirakı ilə qeyd edilib

 

Türkiyənin Cümhuriyyət Günü Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə qeyd edilib.

 

Turaz.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün tviterdəki hesabında məlumat yayıb.

 

“Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində 29 oktyabr Türkiyənin Cümhuriyyəti Günü münasibətilə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə bayram mərasimi keçirilib”, – Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: turaz.org/ceyhun-bayramov-bmt-resmisi-ile-gorusub/

Həmçinin bax: tehsilim.org/huseyn-cavid-ve-muasir-dovr-movzusunda-respublika-elmi-konfransi-kecirilib/

Translate »