Dekabr 9, 2022

Türkiyənin Daxili İşlər naziri: İstanbulda partlayışı törədən şəxs həbs edilib

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İstanbulun İstiqlal prospektində partlayışa səbəb olan bombanı yerləşdirən şəxsin həbs olunduğunu bildirib.

 

Turaz.org Süleyman Soylunun nitqini təqdim edir:

 

“Bizim qiymətləndirməmiz budur ki, ölümcül terror aktının sifarişi PKK (Kürd Fəhlə Partiyası) /YPG-nin (Xalq Müdafiə Birlikləri) Suriyadakı qərargahının yerləşdiyi Suriyanın şimalındakı Ayn əl-Ərəbdən gəlib. Biz bu dəhşətli terror hücumuna görə cavabdeh olanlara cavab verəcəyik.”

 

Türkiyənin terrora qarşı qətiyyətli və haqlı mübarizəsini davam etdirəcəyini bir daha vurğulayan Soylu hücumda 8 nəfərin öldüyünü, 81 nəfərin yaralandığını təsdiqləyib. Onun sözlərinə görə, yaralılardan 50 nəfəri xəstəxanalardan buraxılıb, 5 nəfər isə reanimasiyadadır. Həmçinin, yaralılardan ikisinin vəziyyəti ağırdır. Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatları siyahısına salınan PKK Türkiyəyə qarşı 35 ildən çox davam edən terror kampaniyasında qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə səbəb olub. YPG PKK-nin Suriya qoludur.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/qazaxistanin-dovlet-bascisi-turkiye-prezidentine-bassagligi-mektubu-unvanlayib/

Translate »