Sentyabr 28, 2022

Türkiyənin DİN rəhbərindən Azərbaycana dəstək

Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında Azərbaycanca paylaşım edib.

Turaz.org xəbər verir ki, DİN rəhbəri sosial şəbəkə hesabında Azərbaycana dəstək verib.

“Birdir hər bir halımız,

Sevincimiz – məlalımız.

Bayraqlarda ayparamız,

Azərbaycan-Türkiyə”

Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalara şəhid olan azərbaycanlı qardaşlarımıza Allah rəhmət eləsin. Can Azərbaycan xalqına başsağlığı verirəm.

Məqamları yüksək olsun inşallah”, – Süleyman Soylu sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

 

Müxbir: Əzizə Əlizadə

Translate »