İyul 4, 2022

Türkiyənin Qafqaza açılan qapısından ixracı 70 % artıb

Türkiyənin Qafqaz və Orta Asiyaya açılan qapısı Gürcüstan sərhəddində yerləşən “Sarp” sərhəd-keçid məntəqəsindən ötən il 1,132 milyard ABŞ dolları dəyərində ixrac həyata keçirilib.

Turaz.org xarici mətbuata istinadən xəbər verir ki, bunu Hopa Ticarət və Sənaye Palatasının sədri Osman Akyürek deyib.

O bildirib ki, bu, 2020-ci illə müqayisədə 69,7 % çoxdur: “Hesabat dövründə “Sarp” sərhəd-keçid məntəqəsi vasitəsi ilə 130,8 milyon ABŞ dollarlıq idxal həyata keçirilib və son nəticədə ixracımız idxalımızı 90 % üstələyib. Bu dövdə ixrac əməliyyatlarını həyata keçirmək üçün keçid məntəqəsindən 200 mindən çox yük maşını keçib”.

Qeyd edək ki, ötən il “Sarp” məntəqəsindən 456 min nəfər Türkiyəyə daxil olub, 501,9 min nəfər isə xaricə gedib.

Ötən il “Sarp” sərhəd-keçid məntəqəsindən 205,4 min giriş, 242,7 min çıxış olmaqla ümumilikdə 448,1 min avtomobil keçib. Bu nəqliyyat vasitələrinin 365 mini kommersiya məqsədilə giriş-çıxış edən yük avtomobilləri olub.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/azerbaycanda-dovlete-mexsus-3-helikopter-herraca-cixarilir/

Translate »