Sentyabr 30, 2022

Türkiyəyə tək kimliklə səyahət etmə qanunu qəbul olundu

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini ratfikasiya edib.

Turaz.org xəbər verir ki, layihəni deputatlara Milli Məclisin Beynəlaxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib.

S.Seyidov əlavə edib ki, Türkiyə ilə aramızda indi nə viza var, nə də pasport:

“Şəxsiyyət vəsiqəsi ilə iki ölkə vətəndaşları 90 gün ərzində səyahət edə bilər. Artıq sərhədlər açıldı, heç bir maneə yoxdur. Layihəni dəstəkləməyinizi xahiş edirəm”.

Məsələ səsə qoyularaq qəbul edilib.

Translate »