Dekabr 5, 2022

Türkmənistan hər il Özbəkistana 4 milyon kilovat gücündə elektrik enerjisi göndərəcək.

Özbəkistan Türkmənistandan 4 milyard kilovat-saat elektrik enerjisi idxal edəcək. Bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov məlumat verib.

 

Turaz.org Əsədovun sözlərinə istinadən bildirir ki, Özbəkistan prezidenti Şövkət Mirziyoyevin Türkmənistana axırıncı səfəri zamanı hər iki ölkə rəhbəri enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyi qərara alıblar.

Aşqabatdakı yüksək səviyyəli danışıqların sonunda Türkmənistan və Özbəkistan dövlət başçıları strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə və əməkdaşlığın müxtəlif sahələrinə dair 10-dan çox sənəd imzalayıblar.

Müxbir:Aytac Cəfərova

Həmçinin bax: https://turaz.org/sedir-ceferov-astanaya-isguzar-sefer-edecek/

Translate »