Dekabr 9, 2022

Türkmənistan prezidenti ABŞ Dövlət katibinin köməkçisi Donald Lu ilə görüşüb

Bazar ertəsi prezident Sərdar Berdiməhəmmədov ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lunu qəbul edib.

turaz.org xəbər verir ki, görüşün əvvəlində amerikalı diplomat Türkmənistanla əlaqələrin gücləndirilməsində marağını bildirib və dövlət başçısı əməkdaşlıqlarına yeni təkan vermək üçün dialoqun inkişaf etdirilməsi məsələsini müzakirə etmək imkanının olmasından şad olduğunu bildirib. .
Türkmənistan dövlət başçısı və ABŞ dövlət katibinin köməkçisi BMT və digər beynəlxalq platformalar da daxil olmaqla, ikitərəfli və ikitərəfli və çoxtərəfli səviyyələrdə çoxistiqamətli əməkdaşlığın tərəfdarı olduqlarını bildiriblər. Qeyd edilib ki, Türkmənistan dünya arenasında qarşılıqlı anlaşma və etibarın qurulmasında olduqca töhfə verib.
Milli mətbuat xidmıtinin verdiyi məlumata istinadən tərəflər məktəblərinin ticarət və iqtisadi əlaqələrin qurulması imkanlarını müzakirə ediblər. Bu zaman Türkmənistan-Amerika biznes məktəbini bu sahədə rolunu, hər iki ölkə arasında hökümət orqanlarınının və işgüzar dairələri arasında müqavilələrinin genişləndirilməsinə yönəlmiş biznes forumları,sərgilər və digər tədbirlərin başladığını, birgə investesiya və ticarət layihələrinin həyata keçirilməsini vurğulayıblar.
Bundan əlavə, Serdar Berdiməhəmmədov və Donald Lu mədəniyyət, elm və təhsil sahəsində, texnologiya sahəsində əməkdaşlığa, Türkmənistanın nadir tarixi abidələrinin tədqiqi və qorunması üzrə layihələrə diqqət yetiriblər. Bu gün aktual ekoloji və iqlim məsələləri də bu ənənəvi tərəfdaşlıq sahələrinə qoşulur.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/ozbekistanda-covid-19-a-qarsi-ikinci-nesil-vaksinin-klinik-sinaqlarina-baslanilib/

Translate »