Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Qazaxıstanda dövlət səfərində olan Türkmənistan lideri Serdar Bərdiməhəmmədovu qarşılayıb.
Turaz.org bildirir ki, Qazaxıstan Prezidenti Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun səfərini tarixi hadisə adlandırıb. “Sizin səfəriniz tarixi əhəmiyyətə malikdir. Biz indi əməkdaşlığımızın inkişafının ən aktual məsələlərini müzakirə etdik. Gündəlikdəki məsələlərə müsbət münasibət göstərdiyiniz üçün Sizə təşəkkür edirəm. Ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı yanaşmalarınızı və bəyanatlarınızı müsbət qiymətləndirirəm”, – deyə prezident Tokayev bildirib.
Dövlətim başçısı iki ölkəni birləşdirən bir sıra ümumi cəhətləri qeyd edib. “Türkmənistan Qazaxıstan üçün qardaş ölkədir. Ölkələri ortaq adət-ənənələri, tarixi, mədəniyyəti bölüşür”, – deyə Qazaxıstan dövlət başçısı əlavə edib. Türkmənistan prezidenti Qazaxıstanın paytaxtında MDB Dövlət Başçıları Şurasının iclasında və Mərkəzi Asiya-Rusiya Sammitində iştirak edib.
Müxbir: Aytac Cəfərova
Həmçinin bax: https://turaz.org/mdb-nin-zirve-gorusu-astanada-kecirilecek/
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib