Noyabr 29, 2022

Türkmənistan, Rusiya və Qazaxıstan müntəzəm dəmir yolu daşımalarına başlayacaq 

Türkmənistanın Nəqliyyat və Logistika Mərkəzi, Rusiya Dəmir Yolları Logistika şirkəti və Qazaxıstanın KTZ Express şirkəti Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması və nəqliyyat infrastrukturunun birgə istifadəsi üzrə əməkdaşlığın inkişafına dair memorandum imzalayıb.

 

Turaz.org bildirir ki, sənəd müntəzəm yükdaşımaların və tranzit daşımaların təşkilini, ixrac-idxal mallarının həcminin artırılmasını, eləcə də ölkələr arasında yeni qatarların istismara verilməsi hesabına dəmir yolu marşrutlarının inkişaf etdirilməsini nəzərdə tutur. İmzalanan saziş kənd təsərrüfatı məhsullarının və ərzaq məhsullarının sürətlə çatdırılmasını təmin edəcək innovativ texnologiyaların tətbiqini və müntəzəm konteyner xidmətlərinin yaradılmasını nəzərdə tutur.

Müxbir: Aytac Cəfərov

Tərcüməçi: Günay Xankişiyev

Həmçinin bax: https://turaz.org/qirgizistan-ve-ozbekistan-xin-bascilari-mueyyen-saheler-uzre-senedler-imzalayiblar/

Translate »