Aprel 2, 2023
Türk şurası

Türkmənistan Türk Şurasına müşahidəçi qismində qoşulacaq

Türkmənistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) müşahidəçi qismində qoşulacaq.

Turaz.org xəbər verir ki, noyabrın 12-də İstanbulda Türk Şurası dövlət başçılarının 8-ci sammiti keçiriləcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında zirvə hazırlıqlarını açıqlayıb:

-Bu gün Türk Şurası ölkələrinin xarici işlər nazirlərinin toplantısında təşkilatın dövlət başçılarının noyabrın 12-də İstanbulda keçiriləcək səkkizinci sammitinin gündəliyi müzakirə edildi. Bu zirvə Şura üçün tarixi addımlar atacaq.

Bu ilin iyun ayının sonunda Türkmənistanın paytaxtında Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun Aşqabada işgüzar səfərə gələn Türk Şurasının baş katibi Bağdad Amreevlə görüşü keçirilib. Söhbət mövzusu Türkmənistanın Türk Şurasına qoşulma ehtimalı idi.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ilin oktyabrında yaradılıb. Şuranın hazırkı üzvləri Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyədir.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/azerbaycan-ve-turkiye-xususi-teyinatlilarinin-telimine-dair-anlasma-memorandumu-tesdiqlenib
Həmçinin bax: kafkazh.com/peceneqler-ve-tarixleri

Translate »