İyun 11, 2023

Türkmənistan və Çin əməkdaşlıqlarının inkişafı barədə müzakirə aparıblar

Türkmənistan Xarici İşlər Nazirliyindən əldə etdiyi məlumata istinadən, Türkmənistan Xarici İşlər naziri Rəşid Meredov Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui ilə görüş keçirib.

 

Turaz.org xəbər verir ki, görüş zamanı tərəflər Türkmənistan və Çin arasında siyasət, diplomatiya, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əlaqələrinin inkişafı müzakirə ediblər.

Eyni zamanda onlar ilk növbədə beynəlxalq sülhü və təhlükəsizliyi təmin edilməsini əsas götürərək regional və qlobal agendadakı başlıca məsələlərdə hər iki ölkənin oxşar mövqedə olduğunu və yaxınlığını qeyd ediblər.

Tərəflər həmcinin müxtəlif beynəlxalq təşkilatların çərçivəsində Türkmənistan və Çin arasında əməkdaşlığın müsbət təcrübə olduğunu qeyd ediblər.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Translate »