Türkmənistanın Dövlət Xəbər Agentliyindən verilən məlumata əsasən, Türkmənistan və Qətər ticarət və iqtisadi əlaqələrin inkişafında maraqlı olduqlarını dilə gətiriblər.
Turaz.org xəbər verir ki, bu, Türkmənistan və Qətər Ticarət və Sənaye Palataları rəhbərləri və nümayəndələrinin onlayn görüşü zamanı bildirilib.
Rəqəmsal texnologiyalardan və liman infrastrukturundan istifadə etməklə sənaye, enerji, nəqliyyat və rabitə sahələrində tərəfdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib
İştirakçılara fəaliyyətlərinin təsviri ilə müxtəlif biznes strukturlarının təqdimatları təqdim edilib.
Xəbər verdiyimiz kimi, Türkmənistan, Qətərin inşasına 2015-ci ilin dekabrında başlanılan Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəməri layihəsinin həyata keçirilməsində Qətərin əsas maliyyə və investisiya şirkətlərinə qoşulmaqda maraqlıdır.
Qətər Əl Qamra Holdinq və Türkmənistan hökuməti bundan əvvəl Türkmənistanda potensial layihələrin maliyyələşdirilməsinə dair bir anlaşma memorandumu imzalayıblar. Bununla əlaqədar Türkmənistan Xarici İqtisadi İşlər Dövlət Bankı, Qətər nümayəndə heyəti üçün ölkədə həyata keçirilən böyük investisiya layihələrinin təqdimatını keçirib.
Tərəflər daxili bazarın genişləndirilməsinə, yeniliklərin tətbiqinə və mal ixracının həcminin artırılmasına xüsusi diqqət yetiriblər. Əməkdaşlıq prioritetləri arasında – enerji sektoru, nəqliyyat və rabitə sektoru, kimya və tibb sənayesi yer tutub.
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qirgizistanda-cin-vaksini-ile-peyvendlenme-baslanib
Həmçinin bax: tehsilim.org/yeni-elektron-xidmet-istifadeye-verilib
Son Xəbərlər
İrəvanın 2 yolu var: əgər sülh bağlamasa…
NATO Hitlerin siyasətini aparır – Lavrov
Türkiyədə müxalifət partiyası prezident seçkilərinin ikinci turunda dəstəkləyəcəyi namizədin adını açıqlayıb