Mart 29, 2023
Türkmənistan bayrağı

Türkmənistanda bayram münasibətilə 829 vətəndaş, 4 əcnəbi məhbus əfv edilib

 

Türkmənistanın 829 vətəndaşı və ölkə ərazisində məhkum olunmuş 4 əcnəbi prezident Serdar Berdiməhəmmədovun imzaladığı əfv fərmanına əsasən azadlığa buraxılacaq.

Turaz.org bildirir ki, Türkmənistan lideri yerli hakimiyyət orqanlarının rəhbərlərinə əfv olunanların işlə təmin olunmasına köməklik göstərməyi tapşırıb. Türkmənistanda ənənəvi olaraq dövlət əhəmiyyətli bayramlar ərəfəsində əfv aksiyası keçirilir. Bu dəfə məhkumların əfv edilməsi aksiyası ölkə müstəqilliyinin 31-ci ildönümü şərəfinə keçirilir

Translate »