Oktyabr 22, 2021

Türkmənistanla Əfqanıstan birgə dəmir yolu layihələrini müzakirə edib.

Türkmənistan və Əfqanıstanın dəmir yolu idarələrinin nümayəndə heyətləri videokonfransla birgə tranzit və nəqliyyat layihələrinin təşviqini müzakirə ediblər.Turaz.org AZƏRTAC-a istinadən xəbər

verir ki, konfransda Akina-Andxoy və Turqundi-Herat dəmir yolu xətlərinin inşasından bəhs olunub.Akina-Andxoy xəttinin Tacikistana qədər uzadılması

planlaşdırılır ki, bu da Lapis Lazuli dəhlizinin (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) Asiya-Sakit Okean bölgəsinə doğru coğrafi inkişafı deməkdir.Qeyd edək ki, 30 kilometr olan Akina-Andxoy hissəsinin çəkilməsi üçün

müqavilənin dəyəri 21 milyon ABŞ dollarıdır. 173 kilometr uzunluğunda Turqundi-Herat dəmir yolu da zamanla qitənin yeni bazarlarına çıxmaqla regionda logistika

zəncirləri şəbəkəsini genişləndirməyə imkan verəcək.Asiya İnkişaf Bankı ilə İslam İnkişaf Bankı bu layihəyə investisiya qoymağa maraq göstərir.Türkmənistan tərəfi Sərhətabaddan

Əfqanıstan sərhədinə qədər 6 kilometrik bir giriş hissəsinin tikintisini aparıb. Bu hissədə uzunluğu təxminən 177 metr olan dəmir yolu körpüsü də inşa ediləcək.

Müxbir: Turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçin bax:https://turaz.org/pekinde-5g-istifadecilerinin-sayi-5-milyonu-otub/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Həmçin bax:https://tehsilim.org/sexsi-ve-karyera-heyatinizda-unsiyyet-zamani-beden-dilinin-tesirinin-55-oldugunu-bilirdiniz/

Translate »