Türkdilli Dövlətlərin Parlament Assambleyasının seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Yerbol Kaya Qazaxıstan prezident seçkilərinin ədalət prinsiplərinə və beynəlxalq standartlara uyğun keçdiyini təsdiqləyib, Kazinform-un müxbiri xəbər verir.
Turaz.org xəbər verir ki, TürkPA noyabrın 17-də Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqi üzrə işə başlayıb
TürkPa seçki müşahidə missiyasın rəhbəri Yerbol Kaya bildirib ki, seçkilərin olduğu müddətdə seçki məntəqələrinə səfər zamanı eləcə də iclaslara yerli müşahidəçilər cəlb edilib.
Kaya “ Mərkəzi Seçki Komissiyası bizləri seçkilərlə baölı ən son məlumatlarla təmin edib. Seçkilər olduğu müddətdə hər şey sakit formada davam edib. Biz Qazaxıstan keçirilən president seçkilərini müsbət qiymətləndiririk. Bizim nümayəndə heyətimiz seçkilərin yüksək səviyyədə və peşəkarcasına keçirildiyini müşahidə edib və öz gözləri ilə şahid olub.” deyə bildirib.
O, sözlərinə məhdudiyyətli insanların səs verməsi üçün yaradılan şəraiti qeyd edərək davam edib. TürkPa seçki müşahidə missiyası seçkilərin ədalət prinsiplərinə və beynəlxalq standartlarda keçirildiyini təsdiqləyib.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Nigar Yusubova
Həmçinin bax: https://turaz.org/sovket-mirziyoyev-fransaya-resmi-sefer-edib/
Son Xəbərlər
Müharibəni Sərkisyan anons etmişdi – Paşinyan
Qarabağ Azərbaycan ərazisidir – Paşinyan
Ermənistan KTMT-dən çıxır? – Vəziyyət mürəkkəbdir