Milyarder iş adamı İlon Mask bu yaxınlarda 44 milyard dollara aldığı “Twitter” sosial platformasında dəyişikliklər etməyə başlayıb.
Turaz.org “Bakupost.az”a istinadən bildirir ki, “Twitter”in ödənişli olacağı ilə bağlı iddialar öz təsdiqini tapıb.
“The Verge” yazır ki, iş adamı artıq bunun həyata keçəcəyi günü də müəyyən edib və işçilərinə təlimat verib. Belə ki, İ.Mask 7 noyabrda ödənişli versiyaya keçid etməyi planlaşdırır.
Məlumata görə, tanınmış şəxs və qurumlara verilən “mavi işarə” üçün də ödəniş tələb olunacaq. İlkin mərhələdə “mavi işarə” alanlar 20 dollar ödəniş etməli olacaqlar.
Son Xəbərlər
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Qazaxıstanda keçirilən parlament seçkilərində səsvermə yekunlaşdı