Noyabr 27, 2021

Üçrəngli, ay ulduzlu bayrağımızın tarixi

Uca Tanrı Türk Dövlətlərinin bayraqlarını hər zaman yüksəklərdə dalğalandıran hər bir şəxsə başda olduğu yerlərə sülh gətirən qürur duyduğumuz ordumuz olmaqla kömək olsun.
Tarixdə bu gündə biz Azərbaycan Xalqı üçün özəl gündür. Çünki bu gün qədim tarixə məxsus dövlətimizin müstəqillik simvolu üçrəngli, ay ulduzlu bayrağımızın şərəfinə qeyd edilən bayraq günü bayramıdır. Bayraq günümüz qutlu olsun. O gün olsun üçrəngli ay ulduzlu bayrağımız Dərbənddən bu gün “Ədən körfəzi” adlanan tarixdə isə “Türk körfəzi” kimi anılan yerə qədər Xorasandan Musula qədər olan düşmənlərimizin tarixi gücümüzə qayıtmamaq məqsədilə parçaladığı torpaqlarımız yenidən birləşib, yenidən paytaxtı Təbriz olan bütöv Azərbaycan torpaqlarında dalğalansın. Bu gün üçrəngli bayrağımız parçalanmış torpaqlarımızın əsasən də quzeyində 28 may 1918-ci ildə dahi öndərimiz Məhəmməd Əmin Rəsulzadənin öndərliyində qədim dövlətçilik ənənələrimizin davamı olaraq qurulan Azərbaycan Xalq Cümhuriyyətinin davamı hazırki müstəqil dövlətimizdə qürurla dalğalanırsa bunun əsas səbəbkarları uğrunda canından keçən şəhidlərimiz, qazilərimiz onların yolunu davam etdirən hər cür zəhmətə qatlaşan hərbiçilərimiz, əsgərlərimiz, azadlıq üçün mübarizə edənlər və bu bayrağı bizə əmanət edən dövlət qurucularımız sahəsindədir. Hər birini sayqı və rəhmətlə anırıq.
Bu günün tarixinə gəldikdə göy rəng-türklüyümüzü, qırmızı rəng- şəhidlərimizin qanları sahəsində tarixin hər bir dövründə müasir dövlət quruculuğumuzu, yaşıl rəng-tək uca Tanrıya olan inancımızı, aypara biz türklərə məxsus döyüş forması olan turan taklidini, səkkiz güşəli ulduz- vətənimiz  səkkiz qapılı cənnətdir, deyə bildirən müstəqilliyimizin simvolu olan üçrəngli bayrağımız 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadə başda olmaqla o dövrdə Nazirlər Şurasının qərarı ilə təsdiq edilmişdir. Cümhuriyyət qurulanda Nazirlər Şurasının 1918-ci ildə ilk 2 qərarı elan olunub: 1-ci qərar mətbuatda senzuranın aradan qaldırılması, 2-ci qərar isə üçrəngli Dövlət Bayrağı haqqında olub. Bayrağımızın müəllifi isə dövrün öndə gələn Turan ideologiyasının davamçılarından, türkçülürindən olan Əli Bəy Hüseynzadə olmuşdur. Əli Bəy Hüseynzadə özünün baş redaktoru olduğu xalqımızın savadlanmağı üçün nəşr etdirdiyi “Füyizat” jurnalında bu ideyanı irəli sürüb. Yazırdı ki, bir millət olaraq qurduğumuz dövlətin bayrağı olmalıdır. Üçrəngli bayrağımız xalqımız kimi nə baləlar çəkib bunu  tarixi oxuyanlar, araşdıranlar yaxşı bilir. İlk dəfə Cümhuriyyətimizin bayrağı qırmızı parça üzərində ay və səkkiz güşəli ulduzlu olub. O dövrdə məlum birinci dünya müharibəsinin bitməsi idi. Böyük Britaniya o bayrağı qəbul etmir, tarixi Türk imperiyalarından birinci dünya müharibəsində məğlub çıxan və bunu bəhanə edərək işğal etdikləri Osmanlının bayrağı kimidir deyirdilər. Məlum o dövrdə artıq işğalçı ingilislərə qarşı həmdə Türk üsyançılar ingilis bayrağının Anadolu torpaqlarında dalğalanmağını istəmirdi. Hazırki üçrəngli bayrağımız ilk dəfə 9 noyabr qərarından sonra rəsmi olaraq qəbul edilib o vaxta qədər isə qırmızı parça üzərində ay və səkkiz güşəli ulduzlu bayrağ Cümhuriyyətin bayrağı idi. Azərbaycan Xalq Cümhuriyyətin müstəqilliyinin tanınması üçün bu dəyişikliyi vacib idi. Çünki dünya dövlətləri Azərbaycanı Osmanlının tərkib hissəsi kimi görəcəkdi və müstəqilliyini tanımayacaqdı. İngilislərin müstəqilliyimizə problem yaratmaqda əsas məqsədləri 1918-ci ildə Birinci Dünya Müharibəsi bitməsi, oktyabr ayında imzalanan Mudros müqaviləsinin şərtlərinə görə, Bakı və Bakıətrafı  ingilislərin nəzarətinə verilməsi idi. Ona görə ingilislər bura gəlmişdi və müstəqil dövlət qurmağımızla razılaşmaq istəmirdilər. Rəsulzadə və silah yoldaşları  tədricən ingilisləri müstəqilliyə razı sala bilmişdilər və proses çətinliklədə olsa 3-4 ay çəkdi. O dövr üçün isə Avropaya inteqrasiya edən müasir Türk dövlətinin qurulması çar rusiyası və farsların ilk saray olaraq sonra isə torpaq olaraq işğal etdikləri Türk imperiyalarından biri Qacarların marağında deyildi. Ona görədə o dövr üçün mütləq bir dövlət qurmalıyıq əks təqdirdə məhf olacağıq deyə düşünən Rəsulzadə özü 1915-ci ilin oktyabrın 2-də “Açıq söz” qəzetində nəşr olunan “Tutacağım yol” adlı məqalə yazmışdır.  1916-cı ildə isə həmin məqalənin adını belə yazmışdır. “Bizim tutduğumuz yol nə yol olmalıdır? Biz hansı yolu tutmalıyıq?” Bu suallara  özü də cavab verirdi: “Biz müasirləşmək, yeniləşmək, əsrləşmək yolunu tutmalıyıq. Çünki bütün bəşəriyyət müasirləşməyə, əsrləşməyə gedir. Biz də o yolla getməliyik. Əks halda biz o biri millətlərdən geri qalacağıq”.
Əli Bəy Hüseynzadənin bu dövlətində bir bayrağı olmalıdır fikirni əsas götürən Rəsulzadə üçrəngli bayrağımızı dövlət bayrağı olaraq qanuniləşdirdi. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci ilin noyabrın 16-da bu gündə farsların işğalındakı Güney Azərbaycanın Ənzəli şəhərindən Bakıya gələn general Tomsonun qarşılanma mərasimində istifadə olunub.
1918-ci ilin dekabr ayında Azərbaycan parlamentini formalaşdıran zaman Bakıda yaşayan ruslar və adlarınıda biz türklərdən siyasi məqsədləri üçün oğurlayıb erməni kimi tanıdan farslarla eyni qanı daşıyan hayriklərin təhriki ilə general Tomson qərar vermişdi ki, bayraq iclas olmayanda binanın üzərindən götürülsün. Deməli, həftənin birinci, dördüncü günləri indiki Əlyazmalar İnstitutunda Azərbaycan parlamentinin iclasları keçirilirdi. Saat 1-də iclas başlayırdı, bayrağı taxırdılar, axşam saat 7-də iclas bitən kimi ingilislər deyirdi ki, bayraqları götürün. Cümhuriyyətin ilk illəri olduğu üçün bayrağımızı dalğalanmağına belə qarşı idi. Rəsulzadə yazırdı: “Biz min müşkülatla bayrağı xalqımızın başı üzərində dalğalandırdıq”.
Çar rusiyasının devrilib yerinə V. Leninin başçılığı altında qurulan kominist rusyası Cümhuriyyətimizi 70 il işğal etsələrdə xalqımızın qəlbindən Cümhiriyyətin bizə əmanət etdiyi azadlıq, bayraq sevgisini işğal edə bilmədilər. Məhz buna görəidi ki, Azadlıq hərəkatı başlanıldı və dövlətimiz yenidən müstəqillik qazandı.  Dövlət müstəqilliyimizin simvolu isə yenidən üçrəngli bayrağımız oldu. Qeyd edək ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq – indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib”. Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü elan olunub.
Mənim üçün isə Dövlət bayrağımızın dalağalanmağa layiq olduğu yer 2-ci dəfə qazandığımız müstəqilliyi təhlükə yaratmaq məqsədilə öz tarixi torpaqlarımızda farslarla rusların dəstəyilə qurulan terrorçu ermənistanın elə onların dəstəyilə işğal etdikləri Qarabağımızın şəhərlərindən biri olan Xocalı şəhəridir. Düzdür Qarabağımızın işğalına qarşı başlatılan 44 günlük  vətən müharibəsində qürur duyduğumuz ordumuz tərəfindən düşmənə layiqli cavab verilsədə təəssüfki rusiyanın sülhməramlı adı altında etdiyi müdaxilə nəticəsində hələdə Xocalı şəhəridə daxil olmaqla Xankəndi, Ağdərə, Əsgəran kimi şəhərlərimizdə dövlət bayrağımız dalğalanmır. Şəxsən hər zaman hara gedirəmsə bir millət, iki dövlət olan Rəsulzadə və Atatürkün qurduğu Can Azərbaycan və Qardaş Türkiyə Dövlət bayraqlarımızın rozetini,  bayraqların özlərini daşıyıramki bu müharibdə olan şəhidlərimizə görə artıq o bayrağı bir o qədərdə hüznlə daşıyıram. Amma əvvəlkindən daha çox məsuliyyətlə daşıyıram o bayrağı çünki o bayraq uğrunda necə vətən övladlarının canından, qanından keçməyinin şahidi oldum.

Yazar: Alim Nuriyev

Translate »