Sentyabr 25, 2022

UEFA Avropa Liqası: “Keşlə” – “Laçi” oyunu başlayıb.

UEFA Avropa Liqasının birinci seçmə mərhələsi çərçivəsində avqustun 27-də “Keşlə” klubu Bakıda Albaniyanın “Laçi” komandası ilə qarşılaşır.

“ASK Arena”da keçirilən görüşdə “Keşlə”nin start heyətində Stanislav Namaşko, İlkin Qırtımov, Şəhriyar Əliyev,

Rəhman Hacıyev, Vüsal İsgəndərli, Azər Salahlı, Miyuşko Boyoviç, Artur Batista,

Con Kamara və Aleksandr Kristovao yer alıblar.“Laçi”nin ilk “onbirliyi”ndə isə meydana Alan Şerri, Redon Cixa,

Ramos De Oliveyra, Kirian Nvabueze, Regi Luşkya, Radolf Türkay, Artid Deliu,

Albon Marku, Aleksandar İqnyatoviç, Adolf Selmani və Teko çıxıblar.Görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi

Georgi Kikaçeişvilidir. Ona yan xətt hakimləri Davit Qabisoniya və David Axvlediani kömək edirlər. Dördüncü

hakim funksiyasını İrakli Kvirikaşvili yerinə yetirir.Matç İctimai Televiziya ilə canlı yayımlanır.

Bu oyunun qalibi ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.Qeyd edək ki, bu qarşılaşma rəqiblərin

Avroliqada ikinci duelidir. 2015-2016-cı il mövsümündə – Bakı təmsilçisi “İnter” adı ilə qatıldığı yarışda rəqibini mübarizədən kənarlaşdırmışdı. Birinci təsnifat mərhələsində

Albaniyadakı ilk oyunda 1:1 hesablı heç-heçə edən bakılılar paytaxtda

qol vura bilməsələr də, öz qapısını toxunulmaz saxlamaqla növbəti mərhələyə yüksəlmişdi.

Mənbə:azertag.com

Müxbir:Turaz.org xüsusi müxbiri Səmədova Qələm

Həmçinin bax:https://turaz.org/almaniya-deniz-telimlerinin-dayandirilmasina-cagirir/

https://turaz.org/fenerbagca-uruqvayli-mudafieci-ile-muqavile-imzaladi/

Translate »