UEFA Super Kuboku matçında azarkeşlərin iştirakına icazə veriləcək.
İspaniyanın “Sevilya” və Almaniyanın “Bavariya” klubları arasındakı UEFA Super Kuboku matçında azarkeşlərin iştirakına icazə veriləcək.
Bu barədə UEFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib.Qərara əsasən, fanatlar stadionun tutumunun 30 faizinədək doldura biləcəklər.Oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.
Xatırladaq ki, “Bavariya” Çempionlar Liqasının finalında Fransanın PSJ klubunu 1:0 hesabı ilə üstələyib.
“Sevilya” isə Avropa Liqasının final matçında İtaliyanın “İnter” klubundan üstün olub – 2:0.
Mənbə: azertag.az
Müxbir: Tura.org saytının xüsusi müxbiri Hüseynova Jalə
Həmçinin bax:https://turaz.org/avropa-komissiyasi-bolqaristana-issizlikle-mubarize-ucun-pul-ayirdi/
Son Xəbərlər
Fuad Oktay: “Ərazidə indiyədək 790 təkrar yeraltı təkanlar olub”
İkinci Qazaxıstan xilasetmə qrupu Türkiyəyə çatıb
Özbəkistanın dövlət borcu 6 il ərzində təxminən 4 dəfə artıb