Oktyabr 4, 2022

UEFA Millətlər Liqası: Azərbaycan millisinin rəqibi heyətini açıqlayıb

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı rəqiblərindən Monteneqro yığmasının Kipr və Lüksemburqla oyunlar üçün heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Faruk Hacibeqiç 23 futbolçuya dəvət göndərib.

Heyətdə qapıçılar – Daniel Petkoviç (“Anje”, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Matiya Şarkiç (“Vulverhempton”, İngiltərə), müdafiəçilər – Stefan Saviç (“Atletiko”, İspaniya), Marko Simiç (“Liepaya”, Latviya), Jarko Tomaşeviç (“Astana”, Qazaxıstan), Adam Marusiç (“Latsio”, İtaliya), İqor Vuyaçiç (“Partizan”, Serbiya), Momçilo Raspopoviç (“Riyeka”, Xorvatiya), yarımmüdafiəçilər – Nikola Vukçeviç (“Levante”, İspaniya), Vladimir Yovoviç (“Yablonets”, Çexiya), Aleksandr Şçekiç (“Partizan”, Serbiya), Marko Yankoviç (SPAL, İtaliya), Neboyşa Kosoviç (“Kayrat”, Qazaxıstan), Aleksandr Bolyeviç (“Standard”, Belçika), Marko Bakiç, Deni Hoçko (hər ikisi “Muskron”, Belçika), Sead Hakşabanoviç (“Norrçyopinq”, İsveç), Vukan Saviçeviç (“Samsunspor”, Türkiyə), hücumçular – Fatoş Beçiray (“Visla”, Krakov, Polşa) Stefan Yovetiç (“Monako”, Fransa), Stefan Muqosa (“İnçxon Yunayted”, Koreya Respublikası) və Dino İslamoviç (“Rusenborq”, Norveç) yer alıblar.

Qeyd edək ki, Monteneqro yığması “C” Liqasının birinci qrupunda sentyabrın 5-də Kiprlə, 3 gün sonra isə Lüksemburqla qarşılaşacaq. Monteneqronun Azərbaycan millisi ilk oyunu oktyabrın 10-da evdə, ikinci görüşü isə noyabrın 14-də Bakıda olacaq.

Mənbə: azertag.az

Müxbir : TurAz.org xüsusi müxbiri Jalə Hüseynova

Həmçinin bax : https://azertag.az/bolme/science_and_education

https://kafkazh.com/2020-2021-ci-tedris-ilinde-pese-tehsili-uzre-qebul-120-ixtisas-uzre-aparilacaq/

Translate »