Fevral 3, 2023

Ukrayna Aİ-yə namizəd statusu almaq üçün anketin ikinci hissəsini doldurub

 

Ukrayna Avropa İttifaqına namizəd statusu almaq üçün anketin ikinci hissəsini doldurub və onu Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə nümayiş etdirib.

Turaz.org xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin teleqram kanalında bildirilib.

Məlumata görə, hadisə Ukraynanın dövlət başçısının avropalı siyasətçi ilə videokonfrans formatında görüşü zamanı olub.

Qeyd edək ki, fevralın 28-də Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.

Aprelin 8-də Kiyevə səfəri zamanı Avropa Komissiyasının sədri fon der Lyayen Ukrayna Prezidentinə sorğu vərəqəsini təqdim edib ki, onun doldurulması Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi üçün zəruri addımdır.

Müxbir: Əzizə Əlizadə

Translate »