İyun 11, 2023

Ukrayna İsraildən “Dəmir günbəz” kompleksi almaq istəyir

Ukrayna İranın “Shahed-136” pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün İsraildən “Dəmir günbəz” zenit raket kompleksi almaq istəyir.

 

Turaz.org UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba məlumat verib.

 

Onun sözlərinə görə, Kiyev bununla bağlı Təl-Əvivə rəsmi sorğu göndərəcək.

 

Qeyd edək ki, Rusiya son günlər Ukraynaya İran PUA-ları ilə zərbələr endirir.

 

Bir müddət əvvəl Ukrayna səmasında İrana məxsus PUA-lar zərərsizləşdirildikdən sonra Kiyev Tehranla münasibətlərini yenidən nəzərdən keçirərək səfiri ölkəsindən qovub, diplomatik korpusun əməkdaşlarının sayını azaldıb.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/ipoteka-ve-kredit-zemanet-fondunun-nizamname-kapitali-12-artirilib/

Translate »